Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

Olimpiya stadionunda yenilik

19.10.2017 14:50

Dünən "Qarabağ"-"Atletiko" oyunun keçirildiyi Bakı Olimpiy Stadionunda (BOS) jurnalistlərin oyunu daha yaxşı işıqlandırmaları üçün yenilik tətbiq edilmişdi. Belə ki, oyun epizodlarının düzgün şərhinə şərait yaratmaq məqsədi ilə jurnalislərin videotəkrarları izləməsi üçün media tribunasında televizorlar qoyulmuşdu.

"Məlum olduğu kimi, hazırda oyunun təfərrüatları media tribunasında oyunu izləyən jurnalislər tərəfindən birbaşa saytlara göndərilir. Bu zaman yanlışlığa yol verilməməsi üçün jurnalistlərin videotəkrarlara baxması UEFA tərəfindən tövsiyyə olunur. "Roma" ilə oyunda buna imkan olmamışdı. Lakin UEFA-nın tələbi ilə BOS bu dəfə həmin çatışmazlığı aradan qaldırdı". Bunu "cempion.az"-a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Əlbəttə, bu, dünya futbolunda çoxdan tətbiq edilsə də Azərbaycan fiutbolunda yenilikdir və alqışlanmalıdır. Təəssüf ki, oyunun sonlarına yaxın yuxarı sıralardakı televizorlar söndürüldü və oyunu bu sıralardan izləyən jurnalistlər "silahsız" qaldılar.

Nurlan Ubrahimov açıqlamasında bu məsələyə də aydınlıq gətirib: "Bu bir ilk olduğundan qüsurlar da oldu. UEFA-nın tələbinə görə, təkrarları azarkeşlər görməməlidir. Əks təqdirdə onların emosiyaların qızışmasının qarşısını almaq çətin olar. Ona görə də, dünən Ndlovu ilə olan epizoddan sonra yuxarı sıralardakı televizorlar söndürüldü. Çünki həmin sıralardakı televizorları azarkeşlərin bir qismi izləyə bilirdi. Bunadan sonra bu çatışmazlıq da aradan qaldırılacaq. Yəni televizorlar elə yerləşdiriləcək ki, yalnız jurnalistlər görə bilsin".

Oxundu: 229

© 2017 - NSPSOLUTIONS