Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

Messi nailiyyətlərinin sayını artırır

19.10.2017 16:07

Dünən "Barselona"nın "Olimpiakos"la keçirdiyi oyunda növbəti qolunu vuran Leonel Messi daha bir nailiyyətə imza atıb. Bu qol onun Avropa miqyaslı turnirlərdə 100-cü qolu olub. İndiyə qədər Avrokuboklarda 100 top həddini təkcə Kriştianu Ronaldo keşmişdi (113 qol).

Dünya futbolunda bir çox rekordlar Leonel Messiyə məxsusdur.. Argentinalı ulduz "Barselona"nın heyətində aşağıdakı rekordlara imza atıb:

- Çempionlar Liqasında het-triklərin sayı - 7.

- Çempionlar Liqasının qrup mərhələsində rekord məhsuldarlıq - 60.

- Çempionlar Liqasının 1/8 final mərhələsində rekord məhsuldarlıq - 21.

- Rekord sayda "Qızıl top"a sahib olma -5.

- Bir çempionatda (İspaniya) vurulan rekord sayda qol - 50 (2011/2012-ci l mövsümündə)

- Təqvim ilində rekord məhsuldarlıq- 79 (2012-ci ildə). (Milli komandada vurulan 22 qolu bura əlavə etsək 91 olur)

- Rekord sayda klub titulları - 29.

Daha iki rekorda isə Argentina milli komanadasında sahib olub:

- Milli komandada rekord məhsuldarlıq - 61.

- Argentina millisində ən gənc yaşda qol vuran futbolçu - 18 yaş 357 günlüyündə.

Oxundu: 173

© 2017 - NSPSOLUTIONS