Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

Keçmiş məşqçisi: "Ramil Şeydayev Azərbaycanda itib-batacaq"

20.10.2017 11:00

Rusiyanın "Zenit-2" komandasının sabiq baş məşqçisi Vladislav Radimov Azərbaycan millisində oynamağa qərar verən futbolçu Ramil Şeydayevin klubdan ayrılması barədə danışıb.

Radimov Şeydayevi son 4 ildə Sankt-Peterburq təmsilçisinin ikinci komandasının üzvləri arasında bir nömrəli istedad kimi dəyərləndirib. Onun fikrincə, belə hücumçuların sayı çox azdır: "Bu, "Zenit" və Rusiya üçün çox ciddi itkidir. Başa düşmürəm, belə bir oğlanı necə itirmək olar?!"

Veteran futbolçu gənc forvardın gedişinin mümkün səbəblərini də açıqlayıb: "Ramil "Rubin"ə icarəyə verilmişdi. Orada baş məşqçi dəyişikliyi baş verdi. Şeydayev Kazandan pərişan qayıtmışdı. Bu, hiss olunurdu. Rusiya I Divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurdu. Bu qədər qol, sadəcə, bir möhür idi. Həmin il 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatdı. Şeydayevlə dəfələrlə söhbət etdim. O, elə bir insandır ki, heç vaxt "Mən qərar verdim" deməz. O, sözlərini belə ifadə etdi: "Nikolayiç, mənim variantlarım var". Vəssalam. Sonradan xəbər tuturam ki, hər şey həll olunub. Geriyə yol yoxdur. Açığı, vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmirəm".

Radimovun sözlərinə görə, Şeydayevin artıq Rusiyadan gedişinə təəssüfləndiyini də iddia edib: "İndi Ramil "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. O, müqavilə üzrə "Trabzonspor"a məxsusdur. Şeydayevlə indi də əla münasibətlərimiz var. Hərdən yazışırıq. Peşman olduğunu hiss edirəm. Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda, klubları dolaşacaq. Bəlkə də Azərbaycanda itib-batacaq".

Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"a yay transfer dövrünün son günündə icarə əsasında keçib. 2016-cı ilin avqustunda Azərbaycan vətəndaşlığını qəbul edən Şeydayev millidə ilk qolunu bu il oktyabrın 8-də səfərdə Almaniya ilə oyunda vurub. Report

Oxundu: 196

© 2017 - NSPSOLUTIONS