Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

Çempionlar Liqasının qrup mərhələsində turun ən yaxşı qolu müəyyənləşib VİDEO

23.10.2017 17:01

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun ən yaxşı qolu müəyyənləşib.

İtaliyanın “Roma” komandasının futbolçusu Edin Cekonun İngiltərədə “Çelsi” ilə görüşün 64-cü dəqiqəsində vurduğu qol ən yaxşı seçilib. Bosniya və herseqovinalı hücumçunun 3:3 hesabı ilə başa çatan oyunda baxımlı zərbəsi səslərin 25 faizini toplayıb.

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniçin Portuqaliya “Sportinq”ini 2:1 hesabı ilə yendikləri matçın 29-cu dəqiqəsində vurduğu qol səslərin 24 faizini toplamaqla 2-ci, Rusiya “Spartak”ının futbolçusu Denis Qulaşkovun İspaniya “Sevilya”sına 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 67-ci dəqiqəsində vurduğu qol isə 20 faiz səslə 3-cü olub.

Qeyd edək ki, Edin Ceko II turda Bakıda “Qarabağ”la oyunda da fərqlənib. O, italiyalıların 2:1 hesablı qələbə qazandıqları matçın 15-ci dəqiqəsində ikinci qolu vurub. Report

Oxundu: 154

© 2017 - NSPSOLUTIONS