Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

Robert Prosineçki: "Bu axşam yeni müqavilə bağlaya bilərəm"

26.10.2017 13:22

“Bu axşam yeni müqavilə bağlayacağıma dair ciddi əlamətlər var”.

Bunu “Sport News”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Yığmanın 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışına dair hesabat vermək üçün Bakıya dönən xorvatiyalı mütəxəssis Azərbaycandakı işini davam etdirməyin əleyhinə olmadığını söyləyib. Bununla belə, o bildirib ki, AFFA ilə yeni müqavilə bağlamaqla bağlı qəti fikri yoxdur: Bakıdan çox xoşum gəlir, fantastik şəhərdir. İş şəraiti çox yüksəkdir. Uşaqlarım beynəlxalq tədris məktəbinə gedirlər. Məni Azərbaycanda qiymətləndirirlər. Biz çoxlu iş görmüşük, heç kimin bunu qiymətləndirməməyə haqqı yoxdur. Amma belə bir təqdimatın mənim ambisiylarımı təmin edəcəyindən əmin deyiləm. Özümü yeni çağırışlarda sınamaq istərdim. Ona görə də Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdur”.

Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə 3 illik müqaviləsinin müddəti dekabr ayında başa çatır. Report

Oxundu: 152

© 2017 - NSPSOLUTIONS