Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

"Çelsi"nin futbolçusu: “Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çətinə saldı"

27.10.2017 10:40

“Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çətinə saldı”.

Bunu “Marca”ya müsahibəsində İngiltərənin “Çelsi” klubunun futbolçusu Markos Alonso Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinin Bakıdakı qolsuz heç-heçə ilə yekunlaşan oyununu şərh edərkən deyib.

26 yaşlı sol cinah müdafiəçisi bildirib ki, “Çelsi”nin 7 xalla C qrupunun lideri olması onlar üçün xoşdur. “Real Madrid”in yetirməsi olan Alonso “Atletiko”ya rəğbət bəslədiyini söyləyib: “Son illər müsbət nəticələr əldə edən “Atletiko”ya qarşı səfərdə yaxşı oynadıq. Bu matç mövsümün qalan hissəsi üçün örnək olmalıdır. Madrid klubunun qrupdan çıxmasını istəyirəmmi? Bu, çətin sualdır. “Atletiko”ya simpatiyam var. Lakin məni yalnız “Roma” ilə görüşümüz narahat edir. Qalib gəlib, növbəti mərhələyə vəsiqə qazana bilərik”.

Qeyd edək ki, oktyabrın 31-də IV tur çərçivəsində “Qarabağ” “Atletiko”nun, “Çelsi” isə “Roma”nın qonağı olacaq. London təmsilçisi İtaliyanın paytaxtında qələbə qazanacağı halda, 1/8 finala vəsiqəni təmin edəcək. Report

Oxundu: 167

© 2017 - NSPSOLUTIONS