Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

Kataloniyalı Qvardiolanın bacısı işdən çıxarıldı

29.10.2017 16:40

İspaniya Senatı müstəqillik haqqında qətnaməni qəbul etmiş Kataloniyanın özünüidarəetməsini məhdudlaşdıran ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiqini təsdiq edib.

"Cempion.az"ın "Sports.ru" saytına istinadən verdiyi məlumata görə, Kataloniya hökuməti və parlamentinin buraxılmasından sonra Kataloniyanın digər ölkələrdəki səfirləri vəzifələrindən azad ediliblər. Onların arasında Danimarkadakı səfir Françesko Qvardiola da var. "Mançester Şiri" komandasının baş məşqçisi Xosep Qvardiolanın bacısı olan F. Qvardiola bu vəzifədə cəmi 8 ay işləyib. Qeyd edək ki, əslən katalon olan X. Qvardiola Kataloniyanın müstəqilliyinin tərəfdarıdır.

Oxundu: 142

© 2017 - NSPSOLUTIONS