Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

"Qarabağ” UEFA reytinqində 1 pillə irəliləyib

01.11.2017 15:30

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Keçirilən 8 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın ilk “100-lük”dəki yeganə təmsilçisi “Qarabağ”ın da mövqeyi dəyişib. İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən çempionumuz aktivinə daha 1 xal yazıb.

2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəldə Qurban Qurbanovun yetirmələrinin 20,500 xalı var.

Ağdam klubu hazırda Avropanın 65-cisi adına şərikdi. Təmsilçimiz Sloveniyanın “Maribor” klubu ilə eyni göstəriciyə malikdi.

“Atletiko” ilə görüşədək Hollandiya “Feyenoord”u və Belarus BATE-si ilə 66-cı sıranı bölən “Qarabağ” 1 addım irəliləyib.

Siyahıya isə İspaniya “Real”ı başçılıq edir. Madrid klubunun aktivində 139,000 xal var.

Qeyd edək ki, hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə “Qarabağ”ın 24,225 xalı var. Apasport

Oxundu: 139

© 2017 - NSPSOLUTIONS