Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

Azərbaycan bir oyunda iki avtoqol qeydə alınıb

06.11.2017 13:22

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dəfə eyni oyunda iki avtoqol qeydə alınıb.

"Cempion.az"ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib.

Qonaq komandadan Denis Silva və Adrian Skarlatake hərəyə 1 dəfə öz qapısına qol vurub. Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Cənubi amerikalı 2010/2011 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in forması ilə “Zirə” ilə görüşdə öz qapısına qol vurub. 3-cü avtoqolla "sambaçı" Azərbaycan çempionatları tarixinə ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidir.

Denis Silvayadək Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 dəfə qapıların yerini səhv salıb.

Oxundu: 92

© 2017 - NSPSOLUTIONS