Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

Almaniya millisinin baş məşqçisi: “Azərbaycan yığması evdə daha inamlı çıxış edəcək”

09.11.2017 13:08

“Azərbaycan millisi evdə daha inamlı çıxış edəcək”.

Bunu Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ştefan Kunts 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.

O bildirib ki, bu gün Bakıda “Dalğa Arena” stadionunda baş tutacaq görüş ərəfəsindən Almaniya millisinin heyətində itkilər var. Kapitan Feliks Platte, eləcə də Benyamin Henriks və Jonatan Ta zədədən əziyyət çəkir. Feliks Uduoxayla Dennnis Qayqer isə xəstədir. Baş məşqçinin sözlərinə görə, komandanın 5 liderindən 4-nün oynamaması onlar üçün çətinlik yaradacaq: “Planımızı yerinə yetirə bilsək, Bakıda qalib gələcəyik. İrlandiyadan geri qalmamaq üçün iki qələbə mütləqdir”.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı saat 18:00-da başlayacaq. Bu kollektivlər arasında baş tutan ilk matçda Ş.Kuntsun komandası 6:1 hesabı ilə qalib gəlib. Hazırda 6 xalla 2-ci pillədə qərarlaşan qonaqlar lider İrlandiyadan 4 xal geri qalırlar. Keçirdiyi hər 3 oyunu uduzan Azərbaycan yığması isə sonuncu sıradadır. Report

Oxundu: 102

© 2017 - NSPSOLUTIONS