Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

FİFA 3 yeni qaydanı sınaqdan keçirdi: Aut atışı ayaqla olacaq

11.11.2017 12:45

FİFA-nın dünya futboluna gətirməyi planlaşdırdığı yeni qaydalar sınaqdan keçirilib.

3 qayda Hollandiyada yoxlanılıb.

Belə ki, adıçəkilən ölkənin iki həvəskar komandası arasında təşkil edilən xüsusi yoxlama görüşü yeni qaydalara əsasən oynanılıb. Qarşılaşmanı izləyənlər arasında FİFA-da texnologiyanın inkişafına məsul şəxs olan Marko van Basten də olub.

Qarşılaşmada 3 qayda sınaqdan keçirilib. Bunlardan birində cərimə zərbəsi zamanı futbolçu topla driblinq etmək (özünə ötürmə verərək) imkanına sahibdi. Həmçinin cərimə zərbəsi və künc zərbəsi zamanı hakimin fitini gözləməyə ehtiyac yoxdu.

Aut atışlarının futzalda olduğu kimi, ayaqla yerinə yetirilməsi ikinci yenilik olaraq yoxlanılıb. Üçüncü qayda isə penalti ilə bağlıdı. Belə ki, yalnız real qol şansının qarşısı alındığı təqdirdə penalti təyin olunur.

Bu dəyişiklikləri etməkdə məqsəd oyunu daha da sürətləndirmək və ədalətli vəziyyətə gətirməkdi. Sınaq matçı ilə bağlı ilk reaksiya Hollandiya Futbol Federasiyasından gəlib. Federasiyanın direktoru Qiys de Yonq bu qaydaların yaxın gələcəkdə bütün dünyada tətbiq ediləcəyini bildirib. Apasport

Oxundu: 105

© 2017 - NSPSOLUTIONS