Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

DÇ-2018-ə nə qədər bilet satılıb?

14.11.2017 15:00

FIFA 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına biletlərin satışının ilk mərhələsinin uğurlu olduğunu açıqlayıb.

“Cempion.az”ın RBK-ya istinadən verdiyi məlumata görə, satışların ilk mərhələsi oktyabrın 12-də başa çatıb. Bu müddət ərzində biletləri yalnız FIFA-nın saytında sifariş etmək mümkün idi. Dördüncü kateqoriyalı ən ucuz biletlər tam satılıb. Dördüncü kateqoriyalı biletlər yalnız rusiyalı azarkeşlər üçün nəzərdə tutulmuşdu. Onların qiyməti çempionatın mərhələsindən asılı olaraq 1280-7040 rubl arasında dəyişirdi. Satışların növbəti mərhələsi noyabrın 16-dan 28-dək davam edəcək. Biletlər, həmçinin FIFA-nın saytında satılacaq. Bu günədək 622 117 bilet satılıb. Onun 57 faizi rusiyalı azarkeşlər, qalanı isə əcnəbilər tərəfindən alınıb.

Oxundu: 66

© 2017 - NSPSOLUTIONS