Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

BIZIM FUTBOL

“Qarabağ” iddialara cavab verdi

14.11.2017 15:25

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin Ağdam klubuna sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Klub rəsmisi "Damat" şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini bildirib:

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır”. Qafqazinfo

Oxundu: 55

© 2017 - NSPSOLUTIONS