Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

BIZIM FUTBOL

AFFA milli komandaların baş məşqçilərini istefaya göndərdi

15.11.2017 16:48

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

“Cempion.az” xəbər verir ki, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.
U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

Qeyd edək ki, bu gün U-21 millimizin müvəqqəti baş məşqçisi Samir Ələkbərov da yığmamızla yollarını ayırdığını açıqlayıb.

Oxundu: 216

© 2017 - NSPSOLUTIONS