Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

BIZIM FUTBOL

Yunis Hüseynov: "Azarkeşlər "Kəpəz"ə yenə dəstək olsunlar"

20.11.2017 14:00

“Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam".

Bunu "Kəpəz"in yeni baş məşqçisi Yunis Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib. 52 yaşlı mütəxəssis Gəncəyə və komandaya bağlılığından da danışıb: "Gəncə və “Kəpəz” mənim üçün çox doğmadır. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda da ilk addımlarımı “Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub".

Hüseynov bildirib ki, "Kəpəz"in uğurlu çıxışı üçün azarkeş dəstəyi vacibdir: "Gəncə futbol şəhəridir, azarkeşlər bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, “Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədirlər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq. Azarkeşsiz futbol oynamaq çətin bir şeydir, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə, onların dəstəyi lazımdır. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə “Kəpəz”in yanındadırlar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdür. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər “Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər”.

Qeyd edək ki, Yunis Hüseynov "Kəpəz"in baş məşqçi postunda Şahin Diniyevi əvəzləyib. Report

Oxundu: 136

© 2017 - NSPSOLUTIONS