Cümə, 15 dekabr 2017

Menu

Cümə, 15 dekabr 2017

BIZIM FUTBOL

“Çelsi”nin baş məşqçisi: "Qarabağ"ı da unutmaq lazım deyil"

05.12.2017 13:56

“Çempionlar Liqası möhtəşəm turnir və hər bir komandanın növbəti mərhələyə çıxmağa çalışdığı yarışdır”.

Bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Atletiko”su ilə ev oyunundan əvvəl deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası çox ağır qrupda yer alıb. Onun sözlərinə görə, Madrid təmsilçisinin qrupdan çıxmaması sürpriz olacaq: "Ağır qrupda yer almışıq. Qrupda "Çelsi", "Atletiko", "Roma" var və "Qarabağ"ı da unutmaq lazım deyil. "Atletiko" "Qarabağ”la hər iki oyunda xal itirdi. "Roma" da onlarla matçda əziyyət çəkdi. "Atletiko" çox yaxın keçmişdə Çempionlar Liqasında iki dəfə final oynayıb. Madridlilər 1/8 finala çıxmasalar, sürpriz olacaq. Lakin təkrar edirəm, bu qrupdan çıxmaq asan deyill”.

Qeyd edək ki, “Atletiko”nun 1/8 finala çıxması həm də “Qarabağ”dan asılıdır. Madridlilər “Çelsi”yə qalib gəlib, Ağdam komandasının İtaliyada “Roma”ya uduzmamasına ümid etməlidirlər.

Hər iki matç bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Report

Oxundu: 148

© 2017 - NSPSOLUTIONS