Bazar ertəsi, 18 iyun 2018

Menu

Bazar ertəsi, 18 iyun 2018

DÜNYA FUTBOLU

Vitali Mutko fəaliyyətini dayandırdı, yoxsa futboldan birdəfəlik getdi?

26.12.2017 13:05

Dekabrın 25-də Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko fəaliyyətini müvəqqəti dayandırdğını elan edib. Onun səalahiyyətlərini qurumun baş direktoru Aleksandr Alayev həyata keçirəcək.

Xatırladaq ki, bu il dekabrin 5-də Beynəlxalq Olimpiya Komitəsi Vitli Mutkonun Olimpiya Oyunlarında rəsmi şəxs kimi iştirakına ömürlük qadağa qoyub. Bundan sonra FİFA-nın 2018-ci ildə Rusiyada keçiıləcək Dünya Çempionatına qədər Mutkonun tutduğu postadan kənarlaşdırılmasını tələb etməsi barədə xəbərlər yayılmağa başladı. Mutko dəfələrlə bu xəbərlərin şaiyə olduğunu bildirərək postunda qalacağına eyhamlar vururdu. Nəhayət o, dekabrın 25-də fəaliyyətini müvəqqəti də olsa dayandırmağa məcbur oldu.

Bu müvəqqətinin müddəti barədə məlumat verilmir. Çox güman ki, bu, Mutkonun vəzifəsindən birdəfəlik getməsi deməkdir. Əgər yeni prezident seçkiləri təyin olunsa, bu artıq 2018-ci ildə baş verəcək.

Oxundu: 355

© 2018 - NSPSOLUTIONS