Cümə, 21 sentyabr 2018

Menu

Cümə, 21 sentyabr 2018

BIZIM FUTBOL

"Neftçi"nin 2018-ci ildə ilk rəqibi açıqlanıb

09.01.2018 15:00

“Neftçi” futbol komandası 2018-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək.

"Cempion.az"ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib "Keşlə” klubu olacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında təşkil olunacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

Yanvarın 17-dən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində isə rəqib dəyişib. Flaqman yanvarın 25-i Ukrayna “Çernomorets”i ilə deyil, Bolqarıstan “Slaviya”sı ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “OİK-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.

Oxundu: 384

© 2018 - NSPSOLUTIONS