çərşənbə, 12 dekabr 2018

Menu

çərşənbə, 12 dekabr 2018

BIZIM FUTBOL

"Sumqayıt" hazırlıq planını açıqladı

10.01.2018 14:47

"Sumqayıt" Futbol Klubu yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını davam etdirir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsi yanvarın 19-dək Sumqayıtda keçiriləcək. Bu müddət ərzində "Sumqayıt" FK 2 yoxlama oyununda qüvvəsini sınayacaq: Yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə, Oyunlar "Kapital Bank Arena"da keçiriləcək. Komanda hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Türkiyə hazırlığı zamanı 4 yoxlama oyunu keçirmək planlaşdırılır. "Sumqayıt" yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.

Oxundu: 397

© 2018 - NSPSOLUTIONS