Bazar ertəsi, 26 fevral 2018

Menu

Bazar ertəsi, 26 fevral 2018

DÜNYA FUTBOLU

Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb - VİDEO

16.01.2018 10:39

Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub.

Meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Məşqçilərin və polisin müdaxiləsindən sonra dava edən futbolçuları ayırmaq mümkün olub. Lakin görüş yarımçıq dayandırılıb.

Aldıqları zərbələrdən huşlarını itirən qonaq komandanın üzvləri Qaye Urqan və Zeynəb Ağgün Burdur Dövlət Xəstəxanasına aparılıblar. Urqanın sol biləyində qırıq olduğu, Ağgünün isə başından travma aldığı müəyyənləşib. Report

Oxundu: 180

© 2018 - NSPSOLUTIONS