Bazar ertəsi, 28 may 2018

Menu

Bazar ertəsi, 28 may 2018

DÜNYA FUTBOLU

Dünyanın ən gəlirli futbol klubları - REYTİNQ

23.01.2018 17:40

2016-2017-ci il mövsümü üzrə dünyanın ən gəlirli futbol klublarının reytinqi tərtib edilib.

Cempion.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “Mançester Yunayted” komandası “Deloitte” auditor şirkətinin tərtib etdiyi “Football Money League” reytinqində birinci yerini qoruyub. İngiltərə təmsilçisi 2016-2017-ci il mövsümündə 676,3 milyon avro həcmində gəlir əldə edib. Onun Avropa Liqasının qalib olması əsas amil olub. Belə ki, qələbə “Mançester Yunayted”ə 44,5 milyon avro qazandırıb. “Football Money League” reytinqində ikinci və üçüncü yeri müvafiq olaraq 674,6 milyon avro ilə “Real” Madrid və 648,3 milyon avro ilə “Barselon” tuturlar. İlk onluqda, həmçinin Bavariya (587,8 milyon avro)", "Mançester Siti" (527,7 milyon avro), "Arsenal" (487,6 milyon avro), PSJ (486,2 milyon avro), "Çelsi" (428 milyon avro), "Liverpul" (424,2 milyon avro) və "Yuventus" (405,7 milyon avro) qərarlaşıblar.

Oxundu: 317

© 2018 - NSPSOLUTIONS