şənbə, 18 avgust 2018

Menu

şənbə, 18 avgust 2018

BIZIM FUTBOL

Qurban Qurbanov Azərbaycan milli komandasının heyətini açıqlayıb - SİYAHI

26.01.2018 14:00

Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yanvarın 27-dən 31-dək Türkiyənin Antalya bölgəsində baş tutacaq təlim-məşq toplanışı üçün 24 oyunçuya dəvət göndərib. Onlardan 11-i "Qarabağ"da çıxış edir, 1-i isə legionerdir.

45 yaşlı mütəxəssisin bu posta təyinatından sonra tərtib etdiyi ilk siyahıda aşağıdakı futbolçular yer alıblar:

AD, SOYAD KLUB
Qara Qarayev Qarabağ
Maksim Medvedev Qarabağ
Əfran İsmayılov Qarabağ
Rahid Əmirquliyev Qarabağ
Mahir Mədətov Qarabağ
Ramil Şeydayev Qarabağ
Elvin Yunuszadə Qarabağ
Coşqun Diniyev Qarabağ
Abbas Hüseynov Qarabağ
Şahrudin Məhəmmədəliyev Qarabağ
Riçard Almeyda Qarabağ
Kamran Ağayev Keşlə
Ruslan Abışov Neftçi
Rəhman Hacıyev Neftçi
Məhəmməd Mirzəbəyov Neftçi
Emin Mahmudov Neftçi
Rəşad Əzizli Neftçi
Anton Krivotsyuk Neftçi
Cavid Hüseynov Qəbələ
Ruslan Qurbanov Qəbələ
Təmkin Xəlilzadə Qəbələ
Cavid İmamverdiyev Sumqayıt
Bəhlul Mustafazadə Sumqayıt
Pavel Paşayev Oleksandriya (Ukrayna)

Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində yanvarın 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. Mardan stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oxundu: 359

© 2018 - NSPSOLUTIONS