Bazar ertəsi, 28 may 2018

Menu

Bazar ertəsi, 28 may 2018

DÜNYA FUTBOLU

Teves: "Ronaldu yaxşı olmaq üçün çox çalışdı, Messi üçün isə bu təbiidir"

27.01.2018 09:30

Argentinanın "Boko Xuniors" klubunun hücumçusu Karlos Teves Lionel Messi və Kriştianu Ronaldunu müqayisə edib.

Onun sözlərini "ESPN Argentina" nəşri sitat gətirib.

"Ronaldu Messidən tamamilə fərqlənir. Leo futbola başlayanda, trenajor zalına yaxın belə durmayıb. Kriştianu isə səhər, günorta, axşam orada idi. Ronaldu yaxşı olmaq üçün çox çalışırdı, Messi üçün isə bu təbii hal idi. Bu, mənim dünyanın iki ən yaxşı futbolçusu arasında gördüyüm ən böyük fərqdir.

Leo üçün bir oyunda üç qol vurmaq normal haldır. Messi öz idman növünü sərgiləyir", — deyə Teves əlavə edib.

30 yaşlı Messi Argentina yığması tarixində ən yaxşı bombardirdir. O, 123 oyuna 61 qol vurub. Report

Oxundu: 302

© 2018 - NSPSOLUTIONS