Bazar ertəsi, 28 may 2018

Menu

Bazar ertəsi, 28 may 2018

DÜNYA FUTBOLU

Rekord transfer

27.01.2018 10:30

“Atletik”in müdafiəçisi Emerik Lyaport karyerasını “Mançester Siti”də davam etdirəcək.

Gənc oyunçu “şəhərlilər”lə hərtərəfli anlaşma əldə edib.

Klublar arasında aparılan danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, “Mançester Siti” 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək. Bu isə İngiltərə nəhənginin ən bahalı transferi kimi tarixə düşəcək. Hələlik bu baxımdan rekord 2015-ci ildə “Volfsburq”dan 63 milyon avroya alınan Kevin De Bruyneyə məxsusdu.

Lyaport yaxın günlərdə yeni komandası ilə 6 illik müqaviləyə qol çəkəcək. Apasport.az

Oxundu: 279

© 2018 - NSPSOLUTIONS