Bazar ertəsi, 28 may 2018

Menu

Bazar ertəsi, 28 may 2018

BIZIM FUTBOL

"Qarabağ" klubu Riçard Almeydanın "Bursaspor"a keçəcəyinə dair iddialara münasibət bildirib

30.01.2018 15:40

"Qarabağ" klubu futbolçu Riçard Almeydanın Türkiyənin "Bursaspor" komandası ilə razılığa gəldiyinə dair iddialara münasibət bildirib.

Ağdam klubunun direktoru Emrah Çelikel açıqlamasında "timsahlar"dan onlara heç bir rəsmi müraciətin gəlmədiyini söyləyib. Bununla yanaşı, Çelikel Almeydanın hazırkı müqaviləsinin mövsümün sonunadək nəzərdə tutulduğunu xatırladıb. O, təcrübəli yarımmüdafiəçinin digər klublardan təkliflər almasının normal olduğunu vurğulayıb.

Qeyd edək ki, "Doğan" agentliyi Riçard Almeydanın "Bursaspor"un təklifini müsbət cavablandırdığını və hazırda iki klub arasında danışıqların getdiyini yazıb. Report

Oxundu: 269

© 2018 - NSPSOLUTIONS