cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

İbrahimoviç "Los Anceles"ə keçir

31.01.2018 12:57 Oxundu 2165

İngiltərənin "Mançester Yunayted" klubunun oyunçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los Anceles Qalaksi" komandası ilə müqavilə imzalayıb.

Z.İbrahimoviçin MLS liqasının klubu ilə 3 həftə əvvəl müqavilə imzaladığı bildirilir.

36 yaşlı İsveç futbolçusunun "Mançester"lə müqaviləsinin müddəti iyunun 30-da bitir. Bununla belə, onun "Los Anceles"ə martda MLS-in yeni mövsümünün əvvəlində, yoxsa İngiltərə klubu ilə müqaviləsi başa çatandan sonra keçəcəyi dəqiq bilinmir.

Xatırladaq ki, Z.İbrahimoviç cari mövsümdə "Mançester Yunayted"də 7 oyun keçirib, bir qol vurub. Trend