çərşənbə, 18 iyul 2018

Menu

çərşənbə, 18 iyul 2018

DÜNYA FUTBOLU

"Barselona" İspaniya Kubokunun finalına çıxıb - VİDEO

09.02.2018 09:16

"Barselona" futbol üzrə İspaniya Kubokunun yarımfinal matçında "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib.

Kataloniyalılar səfərdə baş tutan cavab matçındakı qələbə sayəsində yarımfinala vəsiqə qazanıblar.

Matçda Filippe Koutinyo (49-cu dəqiqə) klubda ilk qolunu vurub. İkinci topu rəqibin qapısından İvan Rakitiç (82) keçirib. "Barselona" birinci oyunda 1:0 hesabı ilə qalib gəlmişdi.

İspaniya Kubokunun finalı aprelin 21-də keçiriləcək. "Barselona"nın rəqibi iki oyunun nəticəsinə görə, "Leqanes"ə qalib gəlmiş "Sevilya" olacaq. Report

Oxundu: 316

© 2018 - NSPSOLUTIONS