cümə, 29 mart 2024

BİZİM FUTBOL

Fasilədən sonra qeyri-məhsuldar tur

12.02.2018 13:25 Oxundu 991

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatdı. Çempionatın 3-cü dövrəsinə start verən komandalar 15-ci turda məhsuldarlıq nümayiş etdirə biməyiblər. Dörd oyunda qapılara cəmi 5 top vurulub. Çempionatın liderləri öz aralarında qarşılaşmış,amma qapının "möhürünü" aça bilməyiblər. Yalnız bir oyunda qalib müəyyənləşib. Digər iki oyun isə qollu heç-heçə ilə nəticələnib. 15-ci tur yarış cədvəlində heç bir dəyişikliyiə səbəb olmayıb. Bütün komandalar öz mövqelərində qalıblar. Xal qazanmayan yeganə komanda isə "Kəpəz" olub.

Turun nəticələri belədir:

"Qarabağ" - "Qəbələ" 0-0

"Zirə" - "Sumqayıt" 1-1

"Keşlə" - "Səbail" 1-1

"Neftçi" - "Kəpəz" 1-0