cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Təmkin "Qəbələ"də debüt etdi

12.02.2018 13:51 Oxundu 900

“Qəbələ” Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümünün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verib.

0:0 hesabı ilə başa çatan qarşılaşma “qırmızı-qaralar”ın heyətində debütün rəsmiləşməsi ilə əlamətdar olub.

Matçın 75-ci dəqiqəsində meydana daxil olan Təmkin Xəlilzadə karyerasında ilk dəfə “Qəbələ” forması ilə rəsmi oyuna çıxıb.

Yarımmüdafiəçi klubun 13 illik tarixinə 227-ci futbolçu kimi düşüb.