Cümə, 23 fevral 2018

Menu

Cümə, 23 fevral 2018

BIZIM FUTBOL

Premyer Liqada iki ölkənin təmsilçiləri debüt edib

12.02.2018 15:02

Topaz Premyer Liqasının XV turu iki ölkədən olan futbolçuların Azərbaycanda debütü ilə əlamətdar olub. Ölkə çempionatları tarixində ilk dəfə Trinidad və Tobaqo ilə Qambiyadan olan oyunçular meydana çıxıblar.

“Zirə”nin futbolçusu Comal Uilyams “Sumqayıt”la ev oyununda debüt edib. 24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarının 26 illik tarixinə Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu kimi düşüb. Onadək bu ölkədən heç bir oyunçu Premyer Liqada çıxış etməmişdi. Trinidad və Tobaqo Azərbaycan çempionatlarında futbolçu ilə təmsil olunan 80-ci ölkədir. Bir gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester “Kəpəz”də debüt etsə də, ilk ünvanına “Zirə”nin oyunçusu yiyələnib.

“Keşlə”nin üzvü Ebrima Sohna isə ilk qambiyalı olub. 30 yaşlı yarımmüdafiəçi “Səbail”lə ev oyununda debüt edib. Bununla da Qambiya Premyer Liqada 81-ci ölkə olub.

Bu rəqəm XV turadək sonradan bir neçə yerə bölünən ölkələri də (yəni 2006-cı ilədək mövcud olan Serbiya və Monteneqro, bölündükdən sonrakı Serbiya, Monteneqro ayrı ölkələr kimi qəbul olunur) nəzərə almaqla 79-a bərabər idi.

http://www.pfl.az/

Oxundu: 60

© 2018 - NSPSOLUTIONS