Cümə, 23 fevral 2018

Menu

Cümə, 23 fevral 2018

DÜNYA FUTBOLU

“Real”-PSJ: 1 milyard 200 milyon avroluq oyun

14.02.2018 17:35

Bu gün Santyaqo Bernabeu stadionunda Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində idman və iqtisadi baxımından iki güclü komanda - “Real” Madrid və PSJ qarşıla.acaq.

Cempion.az-ın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, iki komandanın meydançaya çıxaracağı futbolçuların qiyməti 1 milyard 200 milyon avrodan çox olacaq. “Real” və PSJ rəhbərlikləri super komanda formalaşdırmaq üçün pullarını əsirgəmiyiblər.

Belə ki, Kral klubu indiki komandanı təşkil edən 23 oyunçuya 469 milyon avro xərcləyib. Madrid təmsilçisinin ən bahalı futbolçusu 96 milyon avro ilə Kriştiano Ronaldodur. Sonrakı yerləri Qaret Beyl (91 milyon), Kərim Benzema (35). Mateo Kovaçiç (31 milyon), Luka Modiç (30), İsko (30), Toni Kros (30), Teo Ernandes (28). Serxio Ramos (27), Sebalyos (16.5) tuturlar.

PSJ isə Neymarı 222 milyon almaqla dünyanın ən bahalı transferini həyata keçirib. Neymarı klubda ən bahalı oyunçular siyahısında Kilian Mbappe (180 milyon), Edison Kavani (65,5), Anxel di Maria (63), Tiyaqo Silva (42), Pastore (42). Yulian Draksler (40), Markinyos (31,4), Leven Kurzava (25), Yuri (16) izləyirlər.

Oxundu: 76

© 2018 - NSPSOLUTIONS