Bazar ertəsi, 28 may 2018

Menu

Bazar ertəsi, 28 may 2018

BIZIM FUTBOL

“Qarabağ” Türkiyədə “Beşiktaş”a rəqib oldu

14.02.2018 19:44

Türkiyənin “Milliyyet” qəzeti “ilin ən yaxşıları” mükafatına namizədləri açıqlayıb.

8 nominasiya üzrə keçiriləcək sorğuda “Qarabağ”a da səs vermək mümkün olacaq.

Belə ki, Azərbaycan çempionu 64-cü dəfə təşkil edilən səsvermə zamanı “ilin ən komandası” adına namizəddi. Ötən il ölkə çempionu olan və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin futbol komandaları arasında rəqibləri “Beşiktaş” klubu və əlillərdən ibarət Türkiyə yığmasıdı.

Bundan başqa, azərbaycanlı atlet Ramil Quliyev də mükafat əldə edə bilər. 200 m məsafəyə qaçışda dünya çempionu olan həmyerlimiz həm “ilin idmançısı”, həm də “ilin yüksəlişdə olan idmançısı” nominasiyasında namizədlərdəndi.

Qeyd edək ki, qaliblərin adlarına apreldə aydınlıq gələcək. Apasport.az

Oxundu: 231

© 2018 - NSPSOLUTIONS