şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

AFFA-nın sabiq prezidentinin oğlu avtomobil qəzasında ölüb

15.02.2018 12:53 Oxundu 2513

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev vəfat edib. Mirzəyev avtomobil qəzasında həlak olub. Hadisə dünən gecə saatlarında Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib. Belə ki, “Jeep” markalı minik avtomobili su kanalına aşıb və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sərnişin, 1985-ci il təvəllüdlü Anar Mirzəyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Anar Mirzəyev bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq. Qeyd edək ki, 2003-2007-ci illərdə AFFA prezidenti vəzifəsində çalışan Ramiz Mirzəyev 2007-ci ildə vəfat edib.APA