cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldodan arakanlı uşaqlara dəstək - FOTOLAR

16.02.2018 10:10 Oxundu 2740

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Futbolçu sosial media hesablarında Myanmanın Arakan vilayətindən olan rohinyalı qaçqın uşaqlarla bağlı paylaşım edib.

“Dünyanın bütün uşaqlarına sülh və sevgi. Zəhmət olmasa kömək edin”,- sözlərini yazaraq insanların diqqətini rohinyalı müsəlman uşaqlara çəkməyə çalışıb.

Bundan əvvəl isə Ronaldo suriyalı uşaqlara dəstək üçün paylaşım etmişdi. Qafqazinfo