cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Bavariya”dan güclüyük” - “Beşiktaş” rəsmisi

16.02.2018 10:51 Oxundu 1946

“Beşiktaş” klubunun vitse-prezidenti Ahmet Nur Çebi Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə keçiriləcək oyunları dəyərləndirib.

Vitse-prezident Avropa nəhəngi ilə duellərdə şansların yarı-yarıya olduğunu düşünür.

Nur Çebi hətta “Bavariya”dan yaxşı olduqlarını iddia edib: “Bavariya” ilə görüşlər bizim üçün çox önəmlidi. Çünki Türkiyənin fəxriyik, bu ölkəni beynəlxalq arenada təmsil edirik. Çiyinlərimizdə ağır yük və böyük məsuliyyət daşıyırıq. Hesab edirəm ki, mərhələ adlamaq şansımız “Bavariya” qədərdi. Hətta deyə bilərəm ki, biz onlardan daha güclüyük. Zəif olduğumuzu düşündürəcək bir səbəb yoxdu. Yer aldığımız qrupu birinci pillədə tamamlamış komandayıq. “Bavariya” üçün çətin rəqibik”.

Qeyd edək ki, fevralın 20-də “Bavariya”nın qonağı olacaq “Beşiktaş” martın 14-də rəqibini İstanbulda qəbul edəcək. Apasport.az