cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

FIFA prezidenti: "Son bir ildə transfer sövdələşmələrinin ümumi dövriyyəsi 6,4 milyard dollar olub"

16.02.2018 11:50 Oxundu 1890

“Son bir ildə transfer sövdələşmələrinin ümumi dövriyyəsi 6,4 milyard dollar təşkil edib. Bu, son 4-5 illə müqayisədə iki dəfə çoxdur”.

Bunu FIFA prezidenti Canni İnfantino deyib. O, bildirib ki, pul olduğu üçün sistem yaxşı işləsə də, bu tendensiya narahatçılıq doğurur. Ona görə də, İnfantinonun fikrincə, FIFA hərəkətə keçməlidir: "Agent və vasitəçilərə ödənən komissiya haqqı da böyüyür və hazırda 500 milyon dollara çatıb. Düşünürəm ki, bu, qorxulu istiqamətdir. Əksər agentlər mənimlə razıdırlar və bunun üzərində nəzarətin olmasını istəyirlər”.

C.İnfantinonun sözlərinə görə, hazırda futbolda korrupsiya, pulların yuyulması və dələduzluq riskləri mövcuddur: “Hər kəs istədiyini edə bilər. Ancaq reallıq göstərir ki, korrupsiya, pulların yuyulması və dələduzluq riski var. Bunu dövlət orqanlarının araşdırmaları göstərir". Report