çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Qış transferlərinin ümumi dəyəri - 1,28 milyard dollar

16.02.2018 17:00 Oxundu 2902

Dünya klublarının qış pəncərəsində transferə xərclədikləri vəsaitin məbləği açıqlanıb.

FİFA-nın hesabatına əsasən, komandalar heyətlərini gücləndirmək üçün ümumilikdə 3317 transferə 1,28 milyard dollar pul xərcləyiblər.

Bunun təxminən 1 milyard dollara yaxını “Böyük beşlik” təmsilçiləri - İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya klublarının payına düşür. Onların qış transfer xərcləri 979,1 milyon dollar təşkil edir ki, bu da 2017-ci ilin yanvar ayı ilə müqayisədə 70,6 faiz çoxdur.

Hazırkı göstərici yay transfer pəncərəsində klubların heyətlərini gücləndirmək üçün daha çox pul xərcləyəcəklərindən xəbər verir. Qol.az