cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Qəbələ" - "Zirə" oyunundan sonra dava düşüb - VİDEO

17.02.2018 17:50 Oxundu 2505

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" və "Zirə" komandaları arasındakı matçdan sonra insident yaşanıb. Baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki klubun futbolçuları arasında kütləvi toqquşma baş verib. Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb. Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Report

Qəbələ