cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Barselona" İspaniya çempionatında öz rekordunu təkrarlayıb

18.02.2018 08:37 Oxundu 2780

"Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

"Eybar"a qarşı keçirilən matç (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Komadanın 62 xalı var. Baskları 10 xal geridə olan "Atletiko" izləyir. Report