şənbə, 22 sentyabr 2018

Menu

şənbə, 22 sentyabr 2018

DÜNYA FUTBOLU

"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan edib

18.02.2018 09:27

Lissabonun "Sportinq" klubunun prezidenti Brunu de Karvalyu tutduğu vəzifəyə yenidən seçilib.

O, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.

"Biz — sportinqçilərik və biz sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam: sosial şəbəkələrdən az istifadə etmək, həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq", - deyə "Maisfutebol" nəşri De Karvalyunun sözlərini sitat gətirib. Report

Oxundu: 316

© 2018 - NSPSOLUTIONS