cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Millimizin üzvü oynamadı, komandası xal itirdi

18.02.2018 14:11 Oxundu 2713

Portuqaliya Sequndasında XXV turun oyunları keçirilir.

Azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da meydana çıxıb.

Lissabon təmsilçisi “Jil Visente”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb - 0:0.

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü bu matçda iştirak etməyib. Onun adı "18-lik"də yer almayıb.

Qeyd edək ki, 30 xala malik "Sportinq"in B komandası turnir cədvəlində hazırda 14-cü pillədə yer alıb. Apasport.az