çərşənbə, 08 may 2024

DÜNYA FUTBOLU

"Liverpul"dan Mane və Salaha yeni müqavilə təklifi

18.02.2018 15:41 Oxundu 2968

“Liverpul” rəhbərliyi komandanın aparıcı oyunçuları Sadio Mane və Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədi.

"Mersisaydlılar" seneqallı və misirli futbolçunun çıxışından razıdılar.

Premyer Liqa təmsilçisi başqa klubların Mane və Salaha maraq göstərəcəklərindən ehtiyat edərək, onların sözləşmələrinin müddətini uzatmaq fikrindədi. Futbolçular buna razılıq versələr, "Liverpul"da maaşları artırılacaq.

Qeyd edək ki, Manenin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin, Salahın isə 2022-ci ilin yayına kimidi. Apasport.az