bazar, 24 iyun 2018

Menu

bazar, 24 iyun 2018

BIZIM FUTBOL

Premyer Liqa: "Kəpəz" ardıcıl 6-cı məğlubiyyətlə üzləşib

18.02.2018 17:14

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun son görüşləri keçirilib.

İkinci oyun günündə əvvəlcə autsayderlər üz-üzə gəlib.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz" doğma azarkeşlər önündə "Keşlə"ni sınağa çəkib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Yeganə qolu 51-ci dəqiqədə Fuad Bayramov vurub.

Bu qələbə sayəsində "Keşlə" xallarını 12-yə çatdırıb və 7-ci pillədə möhkəmlənib. İndi Yuri Maksimovun baş məşqçi olduğu komanda 6-cı pillədəki "Səbail"dən cəmi 2 xal geri qalır. Ardıcıl 6-cı oyundan məğlub ayrılan "Kəpəz" isə 7 xalla sonuncu pillədə möhkəmlənib.

Günün son oyunu "Bayıl Arena" baş tutacaq. "Səbail" turnir cədvəlinin lideri "Qarabağ"dan xal almağa çalışacaq.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Zirə"ni 2:1, "Sumqayıt" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib. Report

Oxundu: 223

© 2018 - NSPSOLUTIONS