cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Çelsi” “Barselona” oyunu türk hakimə tapşırıldı

18.02.2018 18:24 Oxundu 3112

Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində “Çelsi” “Barselona”nı qəbul edəcək.

Vacib oyun türkiyəli hakim Cüneyt Çakıra həvalə olunub.

Qarşılaşmada Çakıra Bahəttin Duran və Tarik Engün kömək edəcək. Barış Şimşək və Hüseyn Geçek isə əlavə köməkçi hakimlər olacaq.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı fevralın 20-də Bakı vaxtı ilə 23.45-də keçiriləcək. Qafqazinfo