cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Bavariya"nı keçə bilərik" - Şenol Günəş

19.02.2018 14:35 Oxundu 2092

"Bavariya"nın cütün favoriti olduğunu bilirik. Bizim üçün çətin sınaq olacaq. Onları mümkün olduğu qədər çətin vəziyyətə salmaq istəyirik".

Bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Bavariya" ilə qarşılaşacaq "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş deyib.

UEFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis alman nəhəngini ÇL-dən kənarlaşdırmaq gücündə olduqlarını istisna etməyib: "Bavariya"nı keçə bilərik. Amma bu, bizim onlardan daha yaxşı komanda olduğumuz demək deyil. Uğur qazanmaq istəyiriksə, yaxşı hazırlaşmalıyıq".

Günəş "Bavariya"ya məğlubiyyəti faciə kimi görməyəcəklərini bildirib: "Rəqibin heyətindəki futbolçular dünya ulduzlarıdır. Ancaq bizim də yaxşı oyunçularımız var. Komandamdan sadəcə nələr edə bildiklərini, bacarıqlarını və xarakter göstərmələrini istəyirəm. Turu keçsək, fantastik nəticə olar. Amma uduzsaq, bu, dünyanın sonu demək deyil".

Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qol.az