cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Sumqayıt"a müvəqqəti prezident təyin olundu

20.02.2018 16:29 Oxundu 2746

Bu gün "Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Klubun saytı xəbər verir ki, toplantıda “gənclik şəhəri” təmsilçisinin sabiq prezidenti Kamran Quliyevə fəaliyyətinə görə təşəkkür olunub, ona gələcək işlərində uğurlar arzulanıb. Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb. Ömərov "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədridi. Qeyd edək ki, “Sumqayıt”dan şəxsi istəyi ilə ayrılan Kamran Quliyev isə bir neçə gün öncə “Neftçi”nin prezidenti təyin olunub. Apasport