şənbə, 22 sentyabr 2018

Menu

şənbə, 22 sentyabr 2018

BIZIM FUTBOL

“Neftçi”də gözlənilən təyinat baş tutdu

21.02.2018 12:16

“Neftçi” PFK-da yeni təyinat olub. Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib. 1997/1998 mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda altı qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşin Sazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, bir qol vurub. 38 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.

Qeyd edək ki, Kamran Quliyevin "Sumqayıt”da prezident postunu "Neftçi”də analoji vəzifəyə dəyişəndən Ceyhun Sultanovun da bu kluba gətiriləcəyi gözlənilirdi. Oxu.az

Oxundu: 350

© 2018 - NSPSOLUTIONS