Bazar ertəsi, 10 dekabr 2018

Menu

Bazar ertəsi, 10 dekabr 2018

DIGƏR NÖVLƏR

Pxençxan-2018: Daha bir rusiyalı idmançıda dopinq tapıldı

23.02.2018 17:22


Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha bir dopinq qalmaqalı yaranıb. Rusiyalı bobsleyçi Nadejda Sergeyeva antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Anastasiya Koçerjova ilə cütlükdə çıxış edən Nadejda yarışda 12-ci yeri tutub. Qadağan olunan preparatın idmançının orqanizminə burun damcısı vasitəsilə düşdüyü ehtimal edilir. Qeyd edək ki, bunadək rusiyalı kerlinqçi Aleksandr Kruşelnitski və sloveniyalı hokkeyçi Jiqa Eqliçin də orqanizmində dopinq aşkarlanmışdı.Apasport

Oxundu: 740

© 2018 - NSPSOLUTIONS