cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Torres ildə 15 milyon avro qazana bilər

23.02.2018 20:07 Oxundu 3083

Mövsümün sonunda “Atletiko”dan ayrılacaq Fernando Torres karyerasını Çində davam etdirə bilər. AS nəşri xəbər verir ki, 34 yaşlı futbolçunun Asiya ölkəsindən təklif aldığı bildirilir. Adı açıqlanmayan klub Torresə bir mövsümdə 15 milyon avro maaş verməyə hazırdı. Təcrübəli forvardın bu təklifə hansı cavab verəcəyi maraqla gözlənilir. Torresin “Atletiko”da qalmayacağı dəqiqdi. Klub rəhbərliyi müqaviləsinin müddəti yayda başa çatacaq futbolçu ilə yeni sözləşmə imzalamamağa qərar verib. Qeyd edək ki, Torres karyerası ərzində “Liverpul”, “Çelsi” və “Milan” klublarında da oynayıb.Apasport