bazar, 24 iyun 2018

Menu

bazar, 24 iyun 2018

BIZIM FUTBOL

AFFA-nın mərhum prezidentinin bacısı qətlə yetirildi

24.02.2018 16:12

Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.

Hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində, ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə olub.

Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.

Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Ər və arvadın qətlə yetirildiyi bildirilir.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Pakizə Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdı və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Qeyd edək ki, fevralın 15-də isə Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev dünyasını dəyişib. Onun idarə etdiyi avtomobil Sabirabad rayonunun Həşimxanlı kəndində su kanalına aşıb. APA

Oxundu: 309

© 2018 - NSPSOLUTIONS